Avropa ölkələri koronavirusa qarşı vaksinasiyaya başlayır
04:52 27.12.2020
Aktual
519
Avropa ölkələrində epidemioloji vəziyyətin pisləşməsi səbəbindən sərtləşdirilmiş məhdudiyyətlər fonunda koronavirusa qarşı “Pfizer”/”BioNTech” birliyinin istehsalı olan təsdiqlənmiş ilk peyvəndin tətbiqinə başlanılır.
APA TASS-a istinadən xəbər verir ki, Avropa Komissiyası peyvəndləmə prosesinin tətbiqinə 27-29 dekabr tarixlərində başlanılacağına ümid edirdi.
Eyni zamanda, bu prosesin nə zaman başlanılmasına birlik ölkələrinin özləri qərar verir. Bildirilir ki, bir çox dövlətlər peyvəndləməyə bu bazar başlamağı planlaşdırıb. Onların arasında Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Avstriya, Estoniya, Litva, Polşa, Bolqarıstan var. Misal üçün, İrlandiyada peyvəndlərin tətbiqi 30 dekabr, Belçikada isə 28 dekabr tarixində planlaşdırılır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, bu dərman bütün Aİ ölkələri üçün eyni vaxtda və eyni şərtlərlə əlçatan olacaq. Aİ ilə müqaviləyə görə, “Pfizer”/“BioNTech” 200 milyon doza, ehtiyac yaranarsa, əlavə 100 milyon doza vaksin tədarük edəcək. Birliyin 27 dövlətinin ümumi əhalisi isə təxminən 450 milyon nəfərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya