"Müşahidələrimə əsasən deyə bilərəm ki, karantin qaydalarına əməl etmək meyli güclənib. Çünki artıq, demək olar, hər kəsin çevrəsində bir yoluxan, yəni konkret nümunələr var. Əlbəttə, maarifçilik işi də lazımi effekti verir. Üstəgəl, qapalı məkanlarda, o cümlədən avtobusda, supermarketlərdə tətbiq edilən qaydalar insanları daha diqqətli olmağa vadar edir. Bu o deməkdir ki, vətəndaşlar koronavirusun mövcudluğunu qəbul ediblər. Həmçinin hər kəs qorunmağın yollarını və mübarizənin effektli nəticə verəcəyini bilir. Deməli, ilk günlərə nisbətən indi işimiz daha asandır. İnsanların, xüsusilə də bəzən çılğın qərar verən gənclərin tibbi maskadan istifadə etmələrini, sosial məsafəni gözləmələrini, kütləvi yerlərə mümkün qədər az getmələrini arzulayıram. Nə qədər məsuliyyətli olsaq, koronavirusla və karantin rejimi ilə bir o qədər tez vidalaşarıq".
Az qaldı: Məsuliyyətli olsaq, karantin rejimi ilə tez vidalaşacağıq
Banuçiçək Kalbalıyeva
13:12 26.07.2020
Aktual
846
Hər dəfə səbirsizliklə Nazirlər Kabineti yanında Operativ Qərargahın "... Xüsusi karantin rejimi bitdi" qərarını gözləsək də, məyus oluruq. Yeni növ koronavirus olan COVİD-19-la mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi uzandıqca uzanır.
Bunun təqsirkarı isə elə biz özümüz, daha doğrusu, laqeydliyimizdir. Deməli, yenidən gözəl günlərə dönmək üçün məsuliyyətli, nizam- intizamlı davranmalıyıq.
Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Operativ Qərargahın növbəti qərarının müəyyənləşməsinin vətəndaşların məsuliyyətlilik dərəcəsindən asılı olduğunu düşünür:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya