Payız günəşinin gizli təhlükələri: Dərman qəbul edənlər diqqətli olsun!

Payızda günəş şüaları zəifləsə də, dəri və göz sağlamlığı üçün risk yaratmaqda davam edir. Xüsusilə bəzi dərmanları qəbul edənlər və kosmetik prosedurlardan keçənlər günəşdən qorunmalıdır.

Sherg.az xəbər verir ki, ultrabənövşəyi şüaların A (UV-A) tipi dərinin dərin qatlarına nüfuz edərək qocalmanı sürətləndirə, piqment ləkələri və digər dəri problemlərinə səbəb ola bilər.

Mütəxəssislər antibiotiklər, iltihabəleyhinə və bəzi sidikqovucu preparatlar qəbul edənlərin günəş şüalarına qarşı daha həssas ola biləcəyini bildirirlər. Retinoid tərkibli vasitələrdən istifadə edənlərə, eləcə də pilinq, mezoterapiya və lazer prosedurlarından sonra günəşdən qoruyucu krem çəkmək tövsiyə olunur.

Oftalmoloqlar isə payızda da günəş eynəklərindən imtina etməməyi məsləhət görürlər. Eynəklərin üzərində “UV400” və ya “100% UV protection” nişanının olması vacibdir.