Azərbaycan bankları birgə bəyanat yaydı: Qrup şəklində dövlətə külli miqdarda ziyan vurublar
20:23 14.03.2020
Aktual
464
Azərbaycan Banklar Assosiasiyası 13 mart tarixində mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasına üzv banklarının birgə bəyanatında qeyd olunub.
Müraciətdə bildirilib ki, bank sektorunda çalışmayan bir neçə şəxs qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirib və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurub.
“Azərbaycan Bankar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intesiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbat ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmirlər.
Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyatına və xalqın mənafeyinə zidd, eləcə də mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.
Azərbaycan Bankar Assosiasiyasının üzvləri bu kimi hərəkətləri yolverilməz hesab edir və şiddətlə qınayır, müvafiq dövlət orqanlarının və ictimaiyyətin birbaşa istirakı ilə bu cür qanunazidd hallarla mübarizəyə hazır olduğunu bildirir” - deyə məlumatda qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm