Azərbaycan Türk Ocağının gənclər şöbəsi fəaliyyətə başladı  - FOTOLAR

 Bu gün  Azərbaycan Türk Ocağının gənclər şöbəsi fəaliyyətə başlayıb. Milli məfkurə və düşüncə sisteminə böyük töhfələr verən , yarandığı cətin tarixdən 110 il vaxt kecməsinə baxmayaraq Türkçülüyün Qoca Çinarı olan Türk Ocaqlarının sıraları durmadan genişlənir. 
1918 -ci ildə Əhməd Cavadın , Abdulla Şaiqin , Abasqulu Kazımzadənin, Kərbalayi Vəli Mikayılzadənin təşəbbüsü ilə təşkil olunan, Cümhuriyyətin Daxili işlər naziri Behbud xan Cavanşirin imzası ilə fəaliyyətə başlayan, ömrü Cümhuriyyət ömrü qədər 23 ay olan Azərbaycan Türk Ocağının yenidən bərpasından 2 il kecir. Bir cox elmi tədbirlər, simpoziumlar kecirən Azərbaycan Türk Ocağının sıraları getdikcə coxalır, gənclərlə zənginləşir. 
 
Bu gün  Azərbaycan  Türk Ocağının "Şərq" qəzeti redaksiyasında kecirilən növbəti toplantısında təşkilatln gənclər qolunun yaradılması barədə  qərar verilib. Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı , təşkilatın sədr müavini Yusif Nəzərli gənclərlə görüşüb,  Türk Ocaqlarının fəaliyyət istiqamətləri, Türkiyədə və bəzi Avropa dövlətlərində fəaliyyət göstərən 90 - a yaxın şöbənin gənclər qolu ilə qurulacaq əlaqələrdən,  qarşıya qoyulan hədəflərdən  ətraflı söhbət edib, gəncləri maraqlandıran suallara cavab veriblər. Azərbaycan Türk Ocağı sədri Akif Aşırlının təqdimatı ilə gənc jurnalist, BDU - nun jurnalistika fakültəsinin tələbəsi Sənan İsmayıl Azərbaycan Türk Ocağı gənclər qolu başqanı secilib.