Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcəklər - FOTO
Yusif Nəzərli
09:13 04.07.2022
Aktual
417
Azərbaycan və Özbəkistanın əhəmiyyətli beyin mərkəzləri arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.
Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Vüsal Qasımlının Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə razılaşdırılıb.
Görüşdə V.Qasımlı Prezident İlham Əliyevin Özbəkistana səfərini xatırladıb, ölkələr arasında əməkdaşlıq potensialının böyük olduğunu bildirib. O, əməkdaşlığın 3 əsas istiqamətinin mövcud olduğunu vurğulayıb. Bunlar ticari dövriyyənin artırılması istiqamətində iqtisadi əməkdaşlıq, hər iki ölkəyə qarşılıqlı olaraq investisiya layihələrinin cəlb edilməsi və nəqliyyat-logistika istiqamətində strateji işbirliyinin inkişafıdır.
İcraçı direktor həmçinin Özbəkistanın 44 günlük Vətən müharibəsi dövründə və daha sonra işğaldan azad edilmiş ərazilərin bərpa prosesində göstərdiyi dəstəyi xüsusi vurğulayıb və təşəkkürünü bildirib.
A.Nematov isə Azərbaycana ilk səfərindən çox məmnun olduğunu bildirib, əlavə edib ki, bir müddət əvvəl prezidentlərin görüşü və onların rəhbərliyi ilə imzalanan sənədlərin icrası hər iki ölkəni Mərkəzi Asiyada transregional mərkəzə çevirə bilər. Özbəkistan rəsmisi ölkəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının hazırda 300-dən çox olduğunu əlavə edib və sənaye sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.
Qonaq ölkəsinin Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakından, eləcə də Füzulidə Özbəkistanda “Prezident məktəbi” kimi tanınan yeni tipli məktəbin tikiləcəyindən danışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya