Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq

Qərb ölkələri Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda iştirak etməyəcəklər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov çıxış edib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 4-də Əbu-Dabidə keçiriləcək.

Daha öncə Avropa Birliyinin Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək üçtərəfli danışıqlara nümayəndə heyəti göndərmək niyyətində olduğu xəbəri yayılıb.