Azərbaycan yeni təyyarələr alır
07:41 03.12.2019
Aktual
464
Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır. Xüsusilə, AZAL-ın gələcək planlarına "Boinq" və "Airbus" kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Boinq" korporasiyası ilə iki ədəd Boinq-777 geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanıb. Bu laynerlər Azərbaycan milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə Azərbaycan Hava Yollarının uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.
"Biz "Boinq" korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin səkkiz ədəd "Boinq 787 Dreamliner" və üç ədəd Boinq-777 təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq", - AZAL prezidenti Cahangir Əsgərov bildirib.
Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində "Boinq"in prezidenti ilə müzakirə olunacaq.
Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş alıb.
Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya