Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çuya 7 il həbs verildi
18:55 23.10.2019
Aktual
559
Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı saxlanılan təşkilatın Azərbaycandakı məktəblərindən birində fizika müəllimi işləmiş Uğur Yıldıza həbs cəzası verilib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseridə FETÖ-yə məxsus GESİAD dərnəyində çalışması iddiasıyla tutulan U. Yıldız Ağır Ceza Məhkəməsində 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədəvəkili iləbirgə iştirak edib və ona qarşı qaldırılan ittihamları rədd edib: “Mən təxminən 7 il Azərbaycanda fizika müəllimi işləmişəm. Türkiyəyə qayıtdıqdan sonra GESİAD-da işləməyə başladım. Şaban K. adlı şəxs kompüterə “by lock” adlı proqram yükləyib oradan mənə tarix və saatla bağlı məlumat verirdi. Mən çörək dalınca düşmüşdüm, təşkilatın fəaliyyətinə qatılmırdım. 15 iyul hadisələrindən sonra isə maddi imkansızlıq səbəbindən ailəmin yanına döndüm. İşdəykən polis tərəfindən saxlanıldım. Digər təşkilata isə xəbərim olmadan qoşublar. Bəraət istəyirəm”, - deyə bildirib.
Prokuror təqsirləndirilən şəxsin “silahlı terror təşkilatına üzv olması” səbəbindən cəzalandırılmasını istəyib. Məhkəmə müttəhim Uğur Y.-ni silahlı terror təşkilatına üzv olduğuna görə 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm