Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi və edilməyəcək
Şəymən Bayramova
13:09 01.08.2020
Aktual
1239
Şəki şəhərindəki modul tipli xəstəxananın açılışında iştirak edən ölkə başçısı bir sıra məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaş amilini ön plana qoyaraq onun sağlamlığının qorunması istiqamətində addımlar atıb.
Son 16 ildə ölkəmizin səhiyyə infrastrukturunun yenilənməsi nəticəsində 40-dan çox yeni tikilmiş və əsaslı təmir olunmuş xəstəxanalarda koronavirusa yoluxmuş vətəndaşlarımızın müalicəsi aparılır. Regionlarda da daha çox çarpayı yerinin təmin edilməsi insanların sağlamlığına yönələn addımlardır.
Ötən 30 illə müqayisədə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini vurğulayan millət vəkili Ceyhun Məmmədov “Sherg.az”-a açıqlamasında belə inkişafın hər ölkəyə qismət olmadığını deyib:
"Əldə etdiyimiz bu uğur Azərbaycanda həyata keçirilən müdrik siyasətin məntiqi nəticəsidir.
Yeni müəssisələr açılır, dövlət əhəmiyyətli infrastruktur layihələri həyata keçirilir. Əvvəllər sadəcə şəhərlərarası mərkəzi yollar inşa olunurdu. Bu gün isə qəsəbələrarası, kəndlərarası yollarda təmir bərpa işləri aparılır. Ölkə başçısının regionlara səfəri zamanı da biz bir daha bu inkişafın və həyata keçirilən uğurlu layihələrin şahidi olduq".
Səfərə Qobustandan başlayan ölkə başçısı Şəki, Qəbələ, Balakən kimi rayonlara baş çəkərək bir sıra müəssisələrin və yolların açılışında iştirak edib.
Şəkiyə səfər çərçivəsində ölkə başçısının orada inşa edilən modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olduğunu vurğulayan millət vəkili Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsindən danışıb:
“Azərbaycan dövləti pandemiya dövründə vətəndaş amilini ön plana qoyaraq onun sağlamlığının qorunması istiqamətində addımlar atıb.
Artıq Azərbaycanda 9 modul tipli xəstəxana istifadəyə hazırdır. 10-cu xəstəxananın avqust ayında istifadəyə verilməsi gözlənilir.
Modul tipli xəstəxanaların yaradılmasını nəzərdə tutan proqramın icrası nəticəsində əlavə 2 min çarpayı fondu yaradılıb.
Hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi koronavirusla uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib. Neftin dünya bazarında xeyli ucuzlaşmasına və pandemiyanın iqtisadiyyatımıza göstərdiyi mənfi əsirlərə rəğmən Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi və edilməyəcək. Əksinə, yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz istənilən qədər, həm sosial, həm də tibbi sahəyə vəsait ayırmağa hazırıq və Azərbaycan dövlətinin buna kifayət qədər gücü var. Lazım olduqca istənilən məbləğ və vəsait bu istiqamətdə ayrılacaqdır".
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayan deputat hesab edir ki, məhz bu siyasətin nəticəsində Azərbaycan dünyada inkişaf edən ölkələr sırasında ilk sıralarda yer alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya