Azərbaycanda Situasiya Mərkəzi yaradılıb
Azərbaycanda Situasiya Mərkəzi yaradılıb
Yusif Nəzərli
11:33 05.10.2023
Aktual
524
Milli Hidrometeorologiya Xidmətində dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni Doppler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrome teorologiya Xidmətinin rəisi Nazim Mahmudov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, mərkəzdə yerüstü müşahidə stansiyaları şəbəkəsindən Radar, Yeni Avtomat Meteoroloji, Avtomat Hidroloji və Avtomat Dəniz Stansiyalarından məlumatların mərkəzləşmiş qaydada toplanması və operativ kompleks təhlili təmin edilir: "Hidrometeoroloji proqnozların və erkən xəbərdarlıq sistemlərinin (hidroloji proqnozlar, gözlənilməz daşqın və sel proqnozları) təkmilləşdirilməsi hava şəraitinə və su ehtiyatlarının vəziyyətinə həssas olan ölkə əhalisinə və bütövlükdə ölkənin iqtisadiyyatına maksimum xidmət edir".
N.Mahmudov bildirib ki, son illər ərzində ümumilikdə 57 yeni müasir tələblərə cavab verən avtomat müşahidə sistemləri və 37 ədəd müşahidə kameraları tətbiq edilib: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 ədəd hidroloji, 5 ədəd meteoroloji avtomat stansiyalar və 3 ədəd müşahidə kameraları quraşdırılıb".
Milli Hidrometeorologiya Xidmətinin rəisi vurğulayıb ki, mərkəzdə 2 ədəd dopler radar stansiyalarının, 40 ədəd Avtomat hidroloji stansiyaların, 51 ədəd Meteoroloji stansiyalarının, 4 ədəd dəniz hidrometeoroloji stansiyalarının məlumatları xüsusi proqram təminatları ilə, 37 ədəd müşahidə kameralarının isə real vaxt rejimində görüntüləri vizuallaşır. Bunlardan əlavə, proqnozların hazırlanması üçün Türkmütkap və Eumetsat peyk təsvir modelləri də mərkəzdə vizuallaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm