Azərbaycanda uşaqların doğulanadək cins seçiminin qarşısı alınacaq
07:17 03.03.2020
Aktual
511
Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılması, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur.
Sənəddə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər yer alır.
Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiqi də Tədbirlər Planında nəzərdə tutulan tədbirlər sırasındadır.
Sənəddə həmçinin qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.
Tədbirlər Planı həmçinin, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, kənd yerlərində qızların təhsildən yayındırılması ilə bağlı tətbiq edilən məsuliyyət tədbirlərinin sərtləşdirilməsi və praktik tətbiqinə nail olunması və s. kimi tədbirləri əhatə edir.
Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə dünyaya gələn uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual