Azərbaycanda yeni peyklərin istehsalı mərkəzi yaradılır
Yusif Nəzərli
10:00 11.05.2023
Aktual
350
“Azərbaycanın kosmik fəaliyyət sahəsində davamlı inkişafı üçün qarşıdakı illərdə ölkədə peyklərin istehsalı və testi kimi infrastrukturun formalaşdırılması planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Çünki azərbaycanlı mütəxəssislər 10 ildən artıqdır ki, peyklərin idarə edilməsi ilə məşğuldurlar. Bu potensialdan tam istifadə etmək üçün yeni peyklərin istehsalı mərkəzini yaratmaq və kosmik ekosistemin ölkəmizdə formalaşdırılmasını planlayırıq. Burada həm dövlətin, həm özəl sektorun, həm də təhsil və tədris sahələrinin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur”, - deyə S.Əsədov bildirib.
“Azərkosmos” rəhbəri əlavə edib ki, Azərbaycanın 2030-cu ilə qədər kosmik baxışını, strateji fəaliyyət istiqamətlərini əks etdirən sənəd hazırlanıb:
“Yaxın gələcəkdə bu sənəd hökumətə təqdim ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya