Azərbaycandakı fövqəladə hadisələrdə 60 nəfər ölüb
12:11 24.10.2019
Aktual
538
2019-cu ilin 9 ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər ölüb, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.
Bu il respublika ərazisində qeydə alınan yanğın hadisələri zamanı 43 nəfər ölüb, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin 9 ayı ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31 faiz azdır, xəsarət alanlar üzrə 41 nəfər və ya 32 faiz çoxdur.
2019-cu ilin 9 ayi ərzində respublika ərazisində 46 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2 faiz çoxdur.
Partlayışlar zamanı 12 nəfər həlak olub, 72 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm