Azərbaycanın 44 günlük müharibədə təcrübəsi Hindistanda müzakirə olunur
Yusif Nəzərli
09:03 04.06.2022
Aktual
661
“2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən müharibə pilotsuz uçuş aparatları ilə unikal müharibə növünü dünyaya nümayiş etdirdi”.
Oxu.Az-ın məlumatına görə, bu barədə “The Week” jurnalında Rusiya-Ukrayna müharibəsindən Hindistanın öyrənə biləcəyi dərslərə həsr olunmuş məqalədə bildirilir.
Müəllifin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin Rusiyanın zirehli texnikalarına qarşı uğurla istifadəsindən sonra Hindistan öz tanklarının gələcəyini müzakirə edir.
“Rusiya tankları “Javelin” tipli tank əleyhinə idarəolunan raketlər və ya Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələri ilə ağır zərbələrə məruz qalıb. Bu da PUA-ların rolunu yenidən gündəmə gətirib”, - deyə məqalədə bildirilir.
Həmçinin qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə dronların unikal istifadəsini dünyaya nümayiş etdirib.
“Azərbaycan tərəfi erməni tanklarına, artilleriyasına və hərbi texnikasına qarşı PUA-lardan istifadə etdi. Bu, kiçik və nisbətən ucuz dronların münaqişələrin miqyasını necə dəyişə biləcəyini sübut etdi”, - deyə nəşrdə vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi