“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı
13:17 19.10.2019
Aktual
511
IDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə təşkilatçılığı ilə start verilən “Azərbaycanın 7 möcüzəsi” layihəsinin ilkin mərhələsi başa çatıb. Layihə çərçivəsində keçirilən səsvermə nəticəsində namizədlər siyahısından 25 finalçı obyekt müəyyən olunub.
İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan layihənin ikinci mərhələsinə noyabr ayında başlanacaq. Bu mərhələdə alimlərin, tədqiqatçıların və ekspertlərin iştirak etdiyi televiziya layihəsinə start veriləcək. 25 həftə ərzində davam edəcək verlişlərin hər biri, əhali tərəfindən seçilmiş finalçı obyektlərdən birinə həsr olunacaq.
Qeyd edək ki, “Azərbaycanın 7 möcüzəsi” layihəsinə cari ilin may ayında start verilmişdir. Məlum olduğu kimi, 2007-ci ildə keçirilən ümumdünya səsverməsi nəticəsində dünyanın yeni yeddi möcüzəsi açıqlanmış, bundan sonra bir çox ölkələr öz möcüzələrini seçmək üçün bu cür layihələri həyata keçirməyə başlayıb.
Beləliklə, Azərbaycan da öz möcüzələrini müəyyənləşdirmək məqsədilə belə bir layihəyə start vermiş və Yeddi.az saytı vasitəsilə səsvermə keçirib.
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin əsas məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, mübahisəli və təhrif edilmiş faktları tarixi abidələr fonunda araşdırmaq, Azərbaycandakı tarixi, mədəni, eləcə də təbii obyektlərin tanıdılması və mühafizəsinə diqqət yönəltməkdir.
Layihə çərçivəsində növbəti ilin may ayının əvvəlində baş tutacaq son səsvermənin nəticəsində 25 namizəddən 7 qalib seçiləcək və 28 may Respublika Günündə “Azərbaycanın 7 möcüzəsi” adına layiq görülən abidələr ictimaiyyətə elan olunacaq.
Səsvermə nəticəsində seçilən 25 finalçı obyektlə www.yeddi.az saytından tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol