Bakıda Babəkin postamenti hazırdır, qalır heykəli…

Bakının böyük prospektlərindən olan Babək prospektində ucaldılacaq Xürrəmilər hərəkatının başçısı Babək Xürrəmidin heykəli hazırlanma mərhələsindədir.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hazırda heykəlin hazırlanmasını gözləyirlər:

“Bakı Şəhər İcra Hakimiyyəti heykəlin hazırlanması işlərinin tamamlanmasını gözləyir. Heykəli Memarlar İttifaqı hazırlayır. Hazırlıq işləri yekunlaşandan sonra heykəl müəyyən edilmiş yerə qoyulacaq”.

Xatırladaq ki, Yeni Günəşli yaşayış sahəsi istiqamətində, Babək prospektinin girişində Babəkin heykəlinin qoyulacağı yer müəyyənləşib, hətta postament də hazırlanıb.