Bakıda bir neçə nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı

Bir neçə nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində altı nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.Əliyev yaxalanıb.