Bakıda bu il 21 taksi dayanacağı yaradılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bu il paytaxt ərazisində 21 taksi duracaq məntəqəsi təşkil edilib.

Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, 100 metr velosiped yolu pilot layihə olaraq inşa edilib. 218 ədəd yol nişanı dəmiryolu keçidlərinə quraşdırılıb. 256 avtobus dayanacaq pavilyonu təmir edilib. 675 metr səki “ideal səki” tələblərinə uyğunlaşdırılıb.