Bakıda kişi dostunu bıçaqlayıb qaçdı
13:23 15.01.2020
Aktual
549
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində əvvəllər məhkumluq həyatı yaşamış şəxsə bıçaq xəsarətləri yetirilib. Bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət hadisəsi 14 yanvar 06:40 radələrində Azad Mirzəyev küçəsində baş verib. Əvvəllər soyğunçuluq və narkotik maddələrini saxlamaqda ittiham edilən 1986-cı il təvəllüdlü Süleyman Müzəffər oğlu Həsənov bıçaqla edilən hücumun qurbanı olub.
Xəsarət alan şəxs qarın, kürək və üz nahiyəsində olan dərin kəsik yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin vəziyyətini ağır olaraq qiymətləndirirlər.
Cinayətin araşdırılması zamanı 2-ci Polis Bölməsinin əməkdaşları digər şəxsə ağır bədən xəsarətləri yetirməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. Bu, əvvəllər cinayət törətdiyinə görə həbs cəzasına məhkum edilmiş 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Pünhan Müzəffər oğlu Hümbətovdur.
O, cinayət əməlini törədəndən sonra gizlənib.
Əməliyyatçılar hadisəni törətməkdə şübhəli bilinən şəxsi hələ saxlaya bilməyiblər, bu istiqamətdə fəaliyyət davam etdirilir.
Məlum olub ki, Pünhan Hümbətov və Süleyman Həsənov dost olublar.
Cinayətin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm