Bakıda özünü öldürmək istəyən qız sərxoş imiş

Noyabrın 26-da saat 10 radələrində “Milli Park” ərazisində bir nəfərin özünü dənizə atması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Xətai RPİ-nin 37-Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində sərxoş halda olan həmin şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Onun Bakı şəhər sakini, yeniyetmə qız olduğu müəyyən edilib.

Araşdırma aparılır.