Bakıda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı saytımızın sorğusunu cavablandırıb. 

Agentlikdən Oxu.Az-a bildirilib ki, bununla bağlı olaraq quruma heç bir məlumat daxil olmayıb:

“Ancaq  mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır”.

Qeyd edək ki, Bakıda “Şahənşah” şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Zəhərlənənlər arasında uşaqlar da olub.