Bayden: "Putin hər şeyi edir ki, NATO-nu parçalasın və..."

Rusiya Prezidenti Vladimir Putin hər şeyi edir ki, NATO-nu parçalasın və ABŞ-la-AB-nin birliyini pozsun.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cozef Bayden deyib.

“Mən şəxsən Putinlə müzakirə aparmışam. Onun gözlərinə baxdım. Bu adamın böyük bir arzusu var idi, o da ki, NATO-nu bitirib, ABŞ-ı Avropadan ayırmağa məcbur etməkdir”, - deyə o bildirib.

Baydan Donald Trampın geosiyasi problemlərdən anlayışının olmadığını deyib:

ƏTRAFLI
oriflamenewyear.com
“Mən düşünmürəm ki, bugünkü ABŞ prezidentinin hansısa geosiyasi problem haqqında anlayışı var. O, xarici siyasət haqqında heç nə bilmir. O heç nə bilmir”.