"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır
"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır
10:59 26.12.2022
Aktual
554
Türkiyənin Müdafiə Sənayesinin Azərbaycan Müdafiə Sənayesinə inteqrasiyası gözləniləndir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.
Nazirlikdən bildirilib ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.
Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.
Bunun gözlənilən olduğunu deyən hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a vurğulayıb ki, biz təkcə “Bayraktar” PUA-nın yox, Türkiyənin Müdafiə Sənayesi üzrə bütün şirkətlərinin Azərbaycanda filiallarının açılmasını gözləməliyik:
"Şuşa Bəyannaməsindən sonrakı mərhələdə bizim silahlı qüvvələrimiz Türkiyə ordusunun mini modelinə keçid edib. Xüsusən də artıq Türkiyənin strateji mütəxəssisləri bizim Müdafiə Nazirliyində təmsil olunur. Eynilə Türkiyə Müdafiə Sənayesinin də Azərbaycan Müdafiə Sənayesinə inteqrasiya olunacağı gözləniləndir. Bayraktar TB2 pilotsuz uçuş aparatlarının müəssisə olaraq Azərbaycanda fəaliyyətə başlaması çox doğrudur. Çünki bizim bazada kifayət qədər Bayraktar PUA ları var. Bunun da texniki baxımını və hissələrinin istehsalını həyata keçirməyimiz lazımdır. Öz ehtiyaclarımızı ödədikdən sonra isə ixrac etməyimiz çox normaldır. Qardaş ölkə ilə müttəfiqliyimiz çox yüksək səviyyədədir. Bu səbəblə də Türkiyənin Müdafiə Sənayesi üzrə özəl şirkətlərinin Azərbaycanda filiallarını açması təəccüb doğurmamalıdır. Digər tərəfdən bizim də kifayət qədər mütəxəssislərimiz var və mühəndislərimizin həmin şirkətlərə cəlb oluna bilərlər. Ümumiyyətlə təkcə Bayraktar PUA-nın yox, Türkiyənin Müdafiə Sənayesi üzrə bütün şirkətlərinin Azərbaycanda filiallarının açılmasını gözləməliyik. Bu həm daxili bazara, həm də ixracata hesablanıb. Dünya ölkələrində Bayraktarlara ciddi tələbat var. Bu tələbatı ödəmək üçün isə müttəfiqliyə ehtiyac duyulur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya