
Beynəlxalq medianın siyasi istismarı: Deutsche Welle hadisəsinin pərdəarxası
11:09 01.04.2025
Aktual
624
Hikmət Babaoğlu: “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” ermənilərin Cənubi Qafqaza aid olmadığı anlamına gəlir
Almaniyanın “Alman Dalğası” (Deutsche Welle) ictimai yayım qurumu tərəfindən 30 mart 2025-ci ildə yayımlanan “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişdə Ermənistanın tarixi iddiaları müdafiə olunub, Azərbaycanın ərazi bütövlüyünə qarşı fikirlər səsləndirilib.
Sözügedən materialın jurnalistika prinsiplərinə zidd olması və dezinformasiya yayması Azərbaycan ictimaiyyətində geniş etiraza səbəb olub. Xüsusilə Qərbi Azərbaycan İcması verilişi kəskin şəkildə tənqid edərək, onun xalqlar arasında nifrəti qızışdıran məzmun daşıdığını bildirib və beynəlxalq ictimaiyyəti obyektiv mövqe sərgiləməyə çağırıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a söyləyib ki, Deutsche Wellenin təqdim etdiyi verilişdə Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda verdiyi mübarizəsi qeyd olunur:

“Hesab edirəm ki, bu hər şeydən öncə jurnalistika standartlarına və suveren dövlətin hüquqlarına zidd verlişdir. Amma Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfərindən bir gün öncə seperatçı və terrorçu rejimin bayrağını öz səhifəsində paylaşdığını nəzərə aldıqda nə verlişin, nə də paylaşımın təsadüfi olmadığnı görürük. Bunun altında müxtəlif məqsədlər yatır. Əsas məqsəd ondan ibarətdir ki, Ermənistandan sonra Azərbaycana səfər edəcək Almaniya prezidenti Azərbaycan üzərində belə təzyiq formalaşdırmaqla müəyyən güzəştlər qoparmağa çalışacaq. Bu Avropa siyasətinin klassik metodudur. Lakin Azərbaycan öz gücündən və beynəlxalq nüfuzundan istifadə edərək dərhal Almaniyanı üzr istəməyə məcbur etdi. Sözügedən verlişin adında şüuraltı etiraf var. “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” ermənilərin Cənubi Qafqaza aid olmadığı anlamına gəlir. Ermənilər Qafqazda torpaq və kimlik qazanmaq üçün mübarizə aparırlar. Dolayı yolla sözügedən veriliş ermənilərin ifşasıdır. Lakin biz belə yanaşmaları hüquqi olaraq pisləyirik. Çünki həmin verilişdə məqsəd ermənilərin Azərbaycan tərəfindən sıxışdırılaraq təzyiqlərə məruz qaldığı vurğulanmaq istəyib. Almaniya rəsmi olaraq üzr istədiyi kimi jurnalistika sahəsində də bununla bağlı müəyyən addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region