Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi II Diplomatik Bal keçirib - FOTO
15:26 13.01.2020
Aktual
602
“Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (World Wide Diplomacy) tərəfindən diplomatik etiket ənənələrinə həsr olunmuş II Diplomatik Bal keçirilib.
Balda mərkəzin üzvləri olan Bakı Avropa Liseyinin IV-VII sinif şagirdləri, onların valideynləri və müəllimləri iştirak ediblər.
II Diplomatik Balın iştirakçıları və qonaqlarını Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova salamlayıb. O, liseyin bu yeni ənənəsinin kökləri barədə məlumat verib və tədbirin uşaqlar üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, onlar erkən yaşlarından balda iştirak üçün vacib olan yüksək davranış qaydaları və rəqs vərdişləri ilə tanışdırlar.
Azərbaycan və rus dillərində hazırlanan bal Ziyafət ustası və Bal sahibəsi tərəfindən idarə olunub.
Tədbirin proqramı klassik Vyana balının protokoluna ciddi şəkildə uyğunlaşdırılıb: “polonez”dən başlayaraq fiqurlu valsadək bal rəqslərinin vacib siyahısı və “dress code”a ciddi riayət.
Kübar tədbirdə iştirak edən məktəblilər beynəlxalq ənənəyə uyğun olaraq, “debütant” statusunda və müvafiq olaraq bayramın əsas fiqurantı idilər.
Balın orijinal formatı tarixi geyimlərin və pavana, menuet və digər orta əsr rəqslərinin tamaşaçılar tərəfindən dəyərləndirilməsinə şərait yaradıb.
Tədbirdə qonaq qismində liseyin şagirdləri, “Zima” uşaq estrada mahnı festivalının iştirakçıları Züleyxa Məmmədzadə və Aylin Zeynalova öz ifalarını səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan I Diplomatik Bal keçən il ADA Universitetində keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya