Biletlər bahadır, inhisarçılıq davam edir: AZAL-da yenə də heç bir dəyişiklik yoxdur
Turan
11:44 11.07.2021
Aktual
679
“Ölkədə AZAL-ı tənqid etməyən təkcə Cahangir Əsgərov qalıb, amma yenə də heç bir dəyişiklik yoxdur. Biletlər bahadır, inhisarçılıq davam edir”.
“Sherg.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, heç olmasa ölkə daxilində rəqabətli mühit yaradılmalıdır ki, AZAL qiymətləri endirməyə məcbur olsun:
“Bunu necə etmək olar?! Çox sadə. Məsələn, Lənkəran Hava Limanının tikintisinə 51,5 milyon dollar pul xərclənib. Hava limanı isə demək olar ki, çalışmır. Hər il hava limanının kommunal xərclərinə və işçilərin maaşına 5 milyon manata yaxın pul xərclənir. 2008-dən bəri limanın xərcləri az qala tikintiyə xərclənən qədər olub. Lənkəran Hava Limanının AZAL-ın idarəçiliyindən tam çıxarılaraq xarici şirkətlərdən birinə verilməlidir. Ən vacibi isə uçuşların təşkili və icazələrin verilməsi AZAL-dan alınmalıdır. Rəhbərliyin uçuş cədvəlinə və təşkilinə heç bir müdaxiləsi olmamalıdır. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb oluna bilər. İlkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilər. Qiymətlər Bakı Hava Limanından ən azı iki dəfə ucuz olar. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək”.
N.Cəfərli bəyan edib ki, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava Limanlarında da təşkil etmək olar:
“Bu yolla regionlarda tikilən, büdcədən ayrılan milyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol