"Bizim Türkiyə ilə qədər ortaqlığımız, ortaq tariximiz və acılarımız var" - Tənzilə Rüstəmxanlı
Turan
07:28 19.07.2020
Aktual
932
“Türkiyənin Azərbaycana dəstək verməsi, hər zaman yanımızda olması heç kimdə təəccüb doğurmamalıdır”.
Bunu “Sherg.az”a açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
T.Rüstəmxanlı bildirib ki, 1918-ci ildə rus və erməni birlikləri Azərbaycanda qətliam həyata keçirirdilər. O vaxt Azərbaycan hökuməti Osmanlıya müraciət edərək yardım istəmişdi:
“100 il öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlmişdi. Çünki Cümhuriyyətlə Osmanlı arasında anlaşma var idi. Türkiyənin Azərbaycana dəstəyi təbiidir. Aramızda qardaşlıq bağı var, eyni millətik. Türkiyə Azərbaycan torpaqlarının işğalına görə, ermənilərlə sərhəddi bağlayıb, bütün əlaqələri kəsib. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, işğalçı Ermənistan Qarabağdan çəkilməyənə qədər sərhədlər açılmayacaq. Qardaş Türkiyə Azərbaycana bu qədər dəstək verib, indi də verir, bundan sonra da verəcək”.
Birlik sədri bildirib ki, Türkiyə böyük dövlətdir, türk dünyasının başıdır:
“Amma bizə münasibətləri tamam başqadır. Bizim qədər ortaqlığımız var, ortaq tariximiz və acılarımız var. Türkiyənin Azərbaycana dəstək verməsinə başqa don geyindirənlər varsa, bunun adı xəyanətdir. Onlar vətən xainləridir. Əfsuslar ki, içimizdə o düşüncədə adamlar var. Aramızda Rusiyanın və İranın yetişdirdiyi o qədər radikal qüvvələr var ki, onlar hər fürsətdə Türkiyə ilə qardaşlıq bağımızı zədələməyə çalışırlar. Ancaq buna nail ola bilməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya