BMU-da Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib
13:06 25.02.2020
Aktual
364
Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Anım tədbiri Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı faciəsinin tarixi xronikasını əks etdirən film nümayiş olunub.
BMU-nun rektoru, professor Havar Məmmədov çıxışında Xocalı faciəsinin Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu vurğulayıb. Rektor bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bunlarla yanaşı, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi naməlumdur.
Rektor ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin bu siyasəti yeni dövrün reallıqlarına uyğun davam etdirdiyini vurğulayan H.Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımlara toxunub.
H.Məmmədov 10 gün öncə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyini tarixi faktlarla bir daha dünya ictimaiyyətinə çatdırdığını vurğulayıb. Rektor bildirib ki, Cənab Prezident tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu dünya ictimaiyyətinə göstərdi. Azərbaycanın dövlət başçısının qarşısında aciz duruma düşən Paşinyan isə dünya ictimaiyyətinin gözü önündə savadsızlığını, həm tarixi, həm də müasir siyasəti anlamadığını nümayiş etdirdi.
Sonra BMU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Arif İbrahimov və Mühəndislik fakültəsinin I kurs tələbəsi Günay İbrahimova çıxışlarında Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan danışıblar.
Sonda tələbələrin ifasında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya