"Bu dəfə vədlərə inanmayacağıq"
"Bu dəfə vədlərə inanmayacağıq"
Yusif Nəzərli
04:34 06.12.2022
Aktual
426
Əhməd Obalı: "Bu günə qədər İranda baş verən inqilablarda səhvlərimiz olub"
Dünən Mətbuat Şurasında Güney Azərbaycanın milli fəalı, "GünazTV" rəhbəri Əhməd Obalı ilə görüş keçirilib. Görüşdə Mətbuat Şurasının İdarə Heyəti və üzvləri, həmçinin bir sıra media orqanları mənsubları iştirak ediblər. Mətbuat Şurasının sədri Rəşad Məcid Güneydə baş verən prosesləri daima diqqətdə saxladıqlarını qeyd edib. Əhməd Obalı Cənubi Azərbaycanda son aylarda baş verən proseslərdən danışıb. Həmçinin Xudafərin körpüsünə olan səfərinin təəssüratlarını diqqətə çatdırıb: "Mən Xudafərin körpüsünün yanında elə hisslər keçirdim ki, danışmağa söz tapmadım. Körpünün o biri tərəfini ot basıb, demək olar ki, hərəkət üçün yararsız olub. Bu çox qəribədir. Amma mən inanıram ki, vaxt gələcək, körpünün o hissəsi də bərpa ediləcək".
Milli fəal Güneydə baş verən prosesləri tarixi şərait kimi qiymətləndirib: "Şuşa alınandan sonra həmin adamı çox axtardım deyəm ki, sənin proqnozun yanlış çıxdı. Amma təəssüf ki, tapmadım. Və bir zamanlar “Cənubi Azərbaycan məsələsi bitib” deyən adamlar da olub. İndi mən arzu edirəm ki, həmin bu ifadələri işlədən adamları da elə olsun ki, tapaq və deyək: “Bu proqnoz da yanlış çıxdı. O məsələ bitməyibmiş”. Bilirsiniz, hazırda Güneydə tarixi fürsət yaranıb. Ötən 100 il ərzində 4 dəfə inqilab olub və haqqımızı tələb etmişik. Bu 4 inqilabın hamısında vədlərə inanmışıq ki, bu da bizim səhvimiz olub. Məhəlli dövlət vədindən gedir söhbət. İnanıram ki, artıq bu cür vədlərə inanmayacağıq". Əhməd Obalı Güney Azərbaycandakı ana dili qadağası məsələsinə toxunub: "İndi İranda şiəçilik dövləti hökm sürür. Amma onlar həqiqi şiədirlərsə, islama, onun peyğəmbərinə hörmət etməlidirlər. Bizim kimi ərəblərin də İranda ana dilində təhsili qadağan edilib. Əgər biz güneyliləri başqa bir dövlət istila etsəydi, ən azından, ana dilimizə toxunmazdılar. Amma İran toxunur, İran qadağan edir. Bu gedişlə 20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq. Bu, dilin kökünü kəsmək deməkdir, bu, bizim faciəmizdir". Milli fəal İran-Ermənistan məsələsini də vurğulayıb: "İran üçün dünyada bir qarış Azərbaycan torpağının belə müstəqilliyi qəbuledilməzdir. O səbəbdən, bizim düşmənlərimizə - ermənilərə mümkün yardımları edirlər". Ə.Obalı Prezident İlham Əliyevin çıxışları haqqında da danışıb: "Cənab Prezident İlham Əliyevin vaxtaşırı çıxışları, güneylilər barədə fikirləri bizi məmnun edir, sevindirir. Amma son çıxışı bizi xüsusilə məmnun etdi. Onun hər çıxışından sonra biz qəti şəkildə bütöv Azərbaycan olacağımıza inanırıq. Çünki bu sözləri bütün dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev deyir. Hansı ki, dediyi bütün sözlər həllini tapır. İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidenti olduğunu sübut edib. O, Azərbaycan tarixində son 200 ildə tək dövlət başçısıdır ki, torpaq verməyib, torpaq alıb". O, Zəngəzur koridoru məsələsinə də toxunub: "Zəngəzur koridoru açılsa belə, onun təhlükəsizliyi bizi narahat edir. Həqiqi təhlükəsizlik Güneyin müstəqilliyi, Güneyin bütöv Azərbaycan ətrafında birləşməsi zamanı olacaq. Həm güneydə, həm də quzeydə zehnimizdə Güney Azərbaycanın azadlığına inanmalı, fikir inqilabı etməli olduğumuzu düşünürəm".
Sonra çıxış edən tanınmış jurnalist Azər Həsrət Əhməd Obalının rəhbəri olduğu "GünazTV"-nin ölkəmizdə yayımı məsələsinə toxunub: "Hər gün bizi tənqid edən, əsassız ittihamlarla çıxış edən rus telekanalları bizdə yayımlanır, amma "GünazTV" yox. "GünazTV"-nin Azərbaycanda yerüstü yayımının olması hesab edirəm ki, vacibdir. Necə ki AzTV var, "GünazTV" də olmalı və biz televiziyada "GünazTV"-yə baxmalıyıq".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Cənubi Azərbaycandakı prosesləri Türk Dövlətləri Təşkilatları (TDT) müstəvisinə gətirilməsinin vacibliyini qeyd edib: "Təbii ki, bu prosesləri daimi olaraq təhlil etməli, müəyyən nəticələr çıxarmalıyıq. Amal oradakı soydaşlarımızın əllərindən alınan hüquqların bərpası və azadlığı olmalıdır. TDT-nın gündəmində də Güney Azərbaycan məsələsi müzakirə edilməlidir".
Çıxışlar bitdikdən sonra Əhməd Obalı media nümayəndələrinin suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət