Qərb bütün maraqlarını seçki, demokratiya adı altında həyata keçirir
Bu planın tərkibində Zelenski yoxdur
Yusif Nəzərli
05:19 27.09.2023
Aktual
397
Qərbin "b" planı işə düşür
Qərb bütün maraqlarını seçki, demokratiya adı altında həyata keçirir
Qərb bütün maraqlarını seçki, demokratiya adı altında həyata keçirir
Bəzi Qərb siyasətçiləri Ukrayna hələ də Rusiya ilə müharibə vəziyyətində olsa da, onu növbəti prezident seçkiləri keçirməyə çağırır. Bu barədə “Washington Post” yazıb. Nəşr xatırladıb ki, Kiyevə ilk belə müraciətlə Niderlandı təmsil edən Avropa Şurası Parlament Assambleyasının rəhbəri Tini Koks olub. Oxşar fikri nüfuzlu amerikalı respublikaçı senator Lindsi Qrem də Kiyevə səfəri zamanı dilə gətirib. Amerika siyasətinin mühafizəkar qanadının digər nümayəndələri, o cümlədən aparıcı Taker Karlson Ukraynada seçkilərin keçirilməsini təklif ediblər. Ukrayna konstitusiyasına görə, ölkə hakimiyyətinin nümayəndələri dəfələrlə bəyan etdikləri kimi, hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz. Ukraynada növbəti prezident seçkiləri 2024-cü il martın 31-dən gec olmayaraq keçirilməlidir.
Lakin mövcud qanunlara görə, əgər o vaxta qədər ölkədə hərbi vəziyyət olarsa, seçkilər keçirilə bilməz. Bu o deməkdir ki, səsvermənin keçirilməsi üçün ya ölkə konstitusiyasına dəyişiklik edilməlidir, ya da hərbi vəziyyət müvəqqəti olaraq ləğv edilməlidir. Ukrayna rəsmiləri, eləcə də “Washington Post” qəzetinə müsahibə verən seçki ekspertləri razılaşırlar ki, müharibə zamanı azad və ədalətli seçkilərin keçirilməsi, demək olar ki, mümkün deyil. Qəzet xatırladır ki, Ukrayna ərazisinin təxminən beşdə biri Rusiyanın işğalı altındadır və ölkənin milyonlarla sakini evlərini tərk etməyə və ya xaricə getməyə məcbur olub. Cəbhədə on minlərlə hərbi qulluqçu da var. Rusiya Ukraynanı daxildən zəiflətmək üçün vəziyyətdən istifadə edə bilər. Xüsusilə Ukrayna cəmiyyətində və siyasətçilər arasında parçalanmaları artırmağa çalışa bilərlər.
Politoloq Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, Qərbin bəzi dairələri Ukrayna-Rusiya məsələsində fikir ayrılığına düşürlər. Zənn edirlər ki, Prezident V.Zelenski Qərbin maraqlarını icra etməkdə uğursuz liderdir. Habelə savaşın ikinci əsas mərhələsi üçün lazım deyil:
"Bununla yanaşı, Zelenskinin bəzi məsələlərdə müstəqil siyasət yürütməsi, Qərbin maraqları ilə uzlaşmayan tərzdə siyasət aparması onları narahat edir. Bəzi ölkələr Ukraynaya son zamanlar silah verməyi də dayandırmağı düşünür. Çünki savaş uzanır, nəticə də demək olar ki, yoxdur. Seçkilərin keçirilməsi Ukraynaya yox, Qərbə lazımdır. Zənnimcə, məsələyə obyektiv yanaşsaq seçkiyə lüzum yoxdur və bu, şübhəsiz ki, Zelenski hökumətini laxlatmağa hesablanmış məsələdir.
Qərb düşünür ki, nisbətən loyal görüntülü şəxsi gətirmək lazımdır və Rusiya ilə məsələləri nisbətən siyasi müstəviyə daşımaq mümkün olsun ki, bəlkə nəyəsə nail olunsun. Zelenski ilə bu dönüşü etmək qeyri-ciddi alınar. Bəlkə də heç alınmaz. Zelenski siyasətində tam dönüş edəcək şəxs deyil. Hər bir halda Ukrayna liderinin bu posta siyasətdən gəlməməsi, müəyyən təcrübəsinin qaneedici görünməməsi Qərbin ümidlərini tam doğrultmadı. Ola bilsin, daha hazırlıqlı namizəd hazırlayıblar. Qərb bütün maraqlarını seçki, demokratiya adı altında həyata keçirir. Nəticə olaraq deyə bilərik ki, Qərbin Ukrayna-Rusiya məsələsinin növbəti mərhələsi üçün növbəti "b" planı var. Seçki mövzusunun ortaya atılması da onu göstərir ki, bu planın tərkibində Zelenski yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət