Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB

ABŞ-da İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqlar başa çatıb.

Bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən görüş iki saatdan çox davam edib.

***

19:56

Vaşinqtonda İsrail və Livan arasında indiyədək ən yüksək səviyyəli üzbəüz görüş baş tutub.

APA xarici mediaya istinadla xəbər verir ki, görüş ABŞ diplomatlarının vasitəçiliyi ilə keçirilib.

Müzakirələrin əsas mövzuları tərəflərin fərqli gündəmlərini ortaya qoyub. İsrail “Hizbullah”ın silahsızlaşdırılmasını və gələcək sülh razılaşmasının perspektivlərini müzakirə etmək niyyətindədir. Livan isə ilk növbədə ölkə ərazisində atəşkəsin təmin olunmasına çalışır.

Ekspertlər İsrailin atəşkəsə razı olmaması səbəbindən görüşdən ciddi nəticə gözlənilmədiyini bildirir.