"Düşünürəm ki, TRIPP layihəsinin yaxşı gələcəyi var, Tramp administrasiyası bu layihənin həyata keçirilməsini davam etdirmək istəyir".
Teleqraf xəbər verir ki, bu fikirləri amerikalı politoloq, ABŞ-nin 43-cü prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə keçmiş köməkçisi Tomas Qrem erməni mediasına müsahibəsində bildirib.
"İran müxalif olsa da, hazırda onun üçün əsas məsələ Hörmüz və ABŞ ilə münaqişədir. Bu münaqişənin genişləndirilməsi Tehran üçün heç bir strateji məna kəsb etmir. Ona görə də düşünürəm ki, İranın ritorikasına baxmayaraq, bu layihə üzərində işlər davam edəcək və başa çatacaq. Bilmirəm hansı müddətdə başa çatacaq. Mən buna əminəm", - deyə o qeyd edib.
Xatırladaq ki, 23 noyabrda Ermənistan və ABŞ TRIPP layihəsinin başlandığını elan ediblər. Elə həmin gün İranın ali liderinin müşaviri Məhəmməd Mohbar bu hadisəyə sərt reaksiya verərək Hörmüz boğazındakı hadisələrdən dərs çıxarmağa çağırıb.