“Sabah” – “Barselona” matçında ilk fit çalınıb.
Teleqraf xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən qarşılaşmaya start verilib.
Bakı Olimpiya Stadionunda təşkil olunan görüşün baş hakimi FİFA referisi Nikolas Uolşdur.
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki dörd turda 1 qələbə qazanıb, 3 dəfə məğlub olub. “Barselona” turnir cədvəlində 8-ci, “Sabah” 30-cu pillədə qərarlaşıb.