Cahangiri: "ABŞ İran neft ixracını sıfırlaya bilmədi"

ABŞ İranın neft tədarükünü məhv edə bilməyib.

Axar.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İshaq Cahangiri deyib. O, amerikalıların bütün sanksiya tədbirlərinin uğursuzluğa düçar olduğunu bildirib:

“Bütün maksimal və psixoloji təzyiqlərə rəğmən ABŞ İran neftinin ixracını sıfıra endirməyi bacarmayıb. Biz onu başqa metodlarla satırıq. İranlılar iqtisadi təzyiqlərə müqavimət göstərərək, ayaq üstə qalmağı bacarıblar”.