Çavuşoğlu Lavrovla telefonla danışdı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı "Hürriyyət" yayıb.

Tərəflər telefon danışığı zamanı Suriya, Liviya və İraqdakı son hadisələri müzakirə ediblər.

Qeyd edək ki, yanvarın 2-dən 3-nə keçən gecə İraqın paytaxtı Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds bölməsinin komandanı, general Qasım Süleymani ABŞ-ın aviazərbələri nəticəsində həlak olub.