Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”
Yusif Nəzərli
08:30 07.07.2022
Aktual
545
“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib.
XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil: “Bu proses sivil və dinc formada, beynəlxalq hüququn prinsipləri əsasında aparılmalıdır”.
O, Ermənistan ilə sülh müqaviləsinin müzakirəsinin davam etdirildiyini söyləyib:
“Torpaqlarımız 30 ilədək işğal altında idi, Ermənistan ilə danışıqlar nəticə vermirdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra növbəti mərhələ başladı”.
“Bizim sülh çağırışımıza, təxminən, 1 il ərzində cavab verilmədi. Azərbaycan münasibətlərin normallaşdırılmasının 5 baza prinsipini təklif etmişdi. Lakin erməni xalqı hələ də revanşist ideaları dəstəkləyir, lakin fərqli ideyalar da var. Əvvəlki illərlə müqayisədə bu baxımdan tərəqqi var. Hamı anlamalıdır ki, Azərbaycan və Ermənistanm arasında münasibətlərin normallaşdırılması regionda sülhün bərqərar olması baxımından vacibdir”, - nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət