Çili sahillərində güclü zəlzələ oldu

Çilinin şimal sahillərində 6,1 bal maqnitudalı zəlzələ baş verib.

Məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ Bakı vaxtı ilə saat 12:46-da qeydə alınıb.

Yeraltı təkanların episentri Çilinin Arika şəhərindən 20 km qərbdə, ocağı isə 46 km dərilikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqqında məlumat verilmir.