Daha bir deputat təhdid olunur! - “Tahir Kərimli, hədəf sənsən!”
Daha bir deputat təhdid olunur! - “Tahir Kərimli, hədəf sənsən!”
Yusif Nəzərli
13:37 31.03.2023
Aktual
605
"Son günlər davam edən gərginlik və dövlətimizə qarşı törədilən terror aktları Azərbaycanın ərazi bötövlüyünü təmin etmək istiqamətində atdığı qətiyyətli addımlara qarşı təzyiq vasitəsidir".
Bunu Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib.
Partiya rəsmisi deyib ki, hər dəfə Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonu ərazisində xarici qüvvələrin təşkil etdiyi təxribatların qarşısını aldıqda Fransa, İran və Rusiya öz narahatlıqlarını açıq ifadə edirlər:
"Fransa və Rusiya bəyanat vasitəsilə münasibət bildirsə də, İran həm də əməldə ölkəmizdə sabitliyi pozmaq istiqamətində hərəkətə keçir. İndiyə qədər baş vermiş təxribat və terror hadisələrini sadalamayacam, çünki, ictimaiyyətə bütün çılpaqlığı ilə məlumdur. Fazil Mustafaya qarşı törədilən terror hadisəsi əslində onun şəxsində dövlətçiliyimizə edilən hücumdur. Vəhdət Partiyasının sədri Tahir Kərimli terror hadisəsinə münasibət bildirəndən dərhal sonra sosial şəbəkələri izləyən terror qruplaşmasının üzvlərindən növbəti təhdid gəldi. “Tahir Kərmli, növbəti hədəf sənsən “mesajı verildi. Bu sayaq təhdidlər ilk dəfə deyil və dəfələrlə olub. Gizlətmirəm ki, mənə qarşı da eyni davranışlar olub. Hətta Fazil Mustafa ilə bənzər formada şəkillərimizi eyni zibil qutusunun üzərinə yapışdırıb sosial şəbəkələr də paylaşmışdılar".
V.Əfəndiyev vurğulayıb ki, milli dövlətçiliyimizə sadiq olan ictimai-siyasi xadimlərin terror qrupları tərəfindən hədəf alınması çox pis haldır:
"Dövlətin öz vətəndaşlarını qorumaq üçün mexanizmi olmalıdır. Hər siyasi fəala mühafizəçi təyin etmək və ya silah vermək real olmasa da, partiya sədrlərinin mühafizəsi təşkil edilməlidir. Şəhər və rayon İcra hakimiyyətlərinin başçılarının mühafizə olunduğunu bildiyim üçün ölkədə tanınmış və fəaliyyəti səbəbindən terrora məruz qalma ehtimalı olan partiya sədrlərinin qorunmasının təmin edilməsi də zəruridir".
Qeyd edək ki, Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya sui-qəsdlə bağlı "pravda.az"a danışan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli özü barədə diqqətçəkən açıqlamalar verib. Deputat vurğulayıb ki, o da təhdidlərlə üzləşib, hədələrə məruz qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual