Daha gürcü dili bəhanə ola bilməz
Turan
08:45 06.01.2021
Aktual
609
Gürcüstanda vəzifədə olan azərbaycanlıların sayı azalır
Azər Rəşidoğlu: "Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bu ölkədə xüsusi qanun qəbul edilməlidir"
Gürcüstanda yaşayan soydaşlarımızın təmsil olunduqları vəzifələrdən tədricən və gizlicə uzaqlaşdırıldığı iddia edilir. Şair, publisist, Tbilisidəki həftəlik “Varlıq” qəzetinin baş redaktoru Rafiq Hümmət bununla bağlı həyəcan təbili çalıb. O bildirib ki, bir vaxtlar Gürcüstan azərbaycanlılarının dövlət vəzifələrinə təyin olunmamasında ən böyük əngəl kimi gürcü dilini bilməmələri göstərilirdi. R.Hümmətin fikrincə, paradoksal hal odur ki, gürcü dilini bilənlərin sayı artdıqca, vəzifələrin sayı daha da azalıb:
“Neçə gündür, əsasən gənclərimiz həyəcan təbili çalır: Prezidentin azərbaycanlı müşaviri, baş nazirin köməkçisi, Kvemo Kartli bölgəsinin azərbaycanlı qubernator müavini vəzifələri “buxarlanıb”. Hazırda parlamentdə cəmi iki azərbaycanlı deputatımız var, halbuki bir vaxtlar onların sayı 4-5, hətta 6 nəfər idi”.
Qaldırılan problemlə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyətində həmişə problem olub. Analitikin sözlərinə görə, təhsil və dil problemləri daim soydaşlarımızı narahat edib:
“Azərbaycan məktəbləri get-gedə bağlanır. Bunun da əsas səbəblərindən biri Gürcüstanda kadrların olmamasıdır. Müəllimlərin əksəriyyətinin yaşı altmışdan yuxarıdır. Gənc kadrlar çatışmır. Bu problem bizi narahat edir.
Soydaşlarımızın yaşadığı elə bölgələr var ki, orada Azərbaycan dili tədris olunmur və onlar Azərbaycan dilində danışmaqda, yazmaqda çətinlik çəkirlər.
Azərbaycanlıların cəmiyyətə inteqrasiyasında da ciddi problemlər mövcuddur. Tbilisi bələdiyyə idarəsində bir nəfər soydaşımız yoxdur. Msxeta-Mtianeti bölgəsində, rayon rəhbərliyində azərbaycanlı təmsil olunmur. Halbuki, bu bölgədə minlərlə soydaşımız yaşayır. Kaxeti, eləcə də Kartli bölgəsində də vəziyyət fərqli deyil”.
A.Rəşidoğlunun fikrincə, soydaşlarımızın yığcam yaşadığı Aşağı Kartli bölgəsində kadr məsələsi düzgün qurulmayıb:
“Gürcüstanda yaşayan azərbaycanlılar öz dilini, mədəniyyətini qorumaqla yanaşı, inteqrasiya prosesinə fəal qoşulmalı və və dövlət strukturlarında layiqli yerlərini tutmalıdırlar. Lakin Gürcüstan hakimiyyəti buna mane olur.
Dəfələrlə səsləndirdiyim təklifi bir daha dilə gətirirəm. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bu ölkədə xüsusi qanun qəbul edilməlidir.
Gürcüstan Azərbaycanın müttəfiqidir. Lakin soydaşlarımızın ciddi problemləri əməkdaşlığa zərbə vurur. Nə qədər ki, vəziyyət nəzarətdən çıxmayıb, mövcud problemlər həll edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya