Dəmir: "Bunu etsəydik, F-35 layihəsi tamamilə pozulardı"

Türkiyə ortağı olduğu F-35-in bütün öhdəliklərini yerinə yetirib.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir deyib.

“ABŞ-ın Türkiyənn F-35 layihəsindən uzaqlaşdırılması ilə bağlı mövqeyini elan etdiyi vaxt biz də şirkətlərimizi istehsalı dayandırmağa çağırsaydıq, proqram tamamilə çətin durumda qalacaqdı. Türkiyə yaxşı niyyətini göstərmək üçün istehsalla bağlı bu günə qədər heç bir mənfi addım atmadı. Şirkətlərimiz istehsalı davam etdirdilər. ABŞ mart ayında istehsalı dayandırmaq barədə qərar versə, bunun hüquqi nəticələri də olacaq", - deyə nazir bildirib.