"Demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir"
17:50 13.01.2020
Aktual
478
“Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq mövcud qanunvericiliyə uyğun, tam şəffaf formada həyata keçirilir”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Müstəqillik illərində Azərbaycanın zəngin seçki təcrübəsinin formalaşdığını bildirən baş redaktor deyib: “Azərbaycanda demokratik seçki mühitinin formalaşması hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biridir. İndiyə qədər keçirilən prezident, parlament və bələdiyyə seçkilərində formalaşmış zəngin seçki təcrübəsi artıq beynəlxalq miqyasda da nümunə kimi qəbul olunur. Bu təcrübə hər seçkidən-seçkiyə daha da təkmilləşir və bütün bunlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır”.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda innovativ texnologiyalar əsasında dövlət idarəçiliyinin təkmilləşməsi istiqamətində mühüm islahatlar həyata keçirilir: “Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə müxtəlif sahələrdə ciddi islahatlar aparılır. Bu proses ölkəmizin inkişafını daha da sürətləndirməyə, insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir. Atılan addımlar nəticəsində Azərbaycanın dünyanın ən islahatçı ölkələri sırasında ilk pillələrə yüksəlməsi də təsadüfi deyil. Mövcud vəziyyət təbii olaraq, seçki mühitinə də müsbət təsir edir. Xüsusilə sabitlik, hüquqi dövlət quruculuğu seçkilərin azad, şəffaf keçirilməsini təmin edən başlıca amillərdəndir”.
Baş redaktor seçki prosesində texnoloji yeniliklərin tətbiq edilməsinin şəffaf seçkilərin keçirilməsinin təmin olunması istiqamətində mühüm addım olduğunu ifadə edib.
O vurğulayıb ki, mövcud seçki mühiti və qanunvericilik parlament seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcəyini deməyə əsas verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya