Deputat: "Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi vacibdir"
Turan
12:11 28.11.2019
Aktual
507
“Mehriban Əliyevanın Moskva səfəri Rusiya-Azərbaycan əlaqələrində yeni səhifə açacaq”. Bunu Sherg.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri həm Rusiya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən çox önəmli səfər kimi dəyərləndirilir:
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyanın baş naziri Dmitri Medvedyev və prezident Vladimir Putin tərəfindən qəbul edilməsi, iki ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı ciddi müzakirlər aparması, Kremlin Mehriban xanım Əliyevaya olan ehtiramının göstəricisi kimi qiymətləndirilir. Son illərdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çoxtərəfli və çoxtəbəqəli formada inkişaf edir. Yəni Azərbaycan-Rusiya münasibətlərinin inkişaf formatına nəzər salsaq, o zaman biz siyasi, iqtisadi-ticari, humanitar, hərbi-texniki, regional təhlükəsizlik sahələrində çox zəngin əməkdaşlıq təcrübəsi olduğunu görərik. İqtisadi tərəfdən baxsaq, son dövrlərdə Azərbaycan-Rusiya əlaqələri çox sürətlə inkişaf edir. Rusiya Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar həcmində, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar həcmində investisiya yatırıb. Azərbaycan qeyri-neft sektorunun ixracının 40 faizi Rusiya bazarının payına düşür. Rusiya Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi MDB-nin digər ölkələri ilə müqayisədə ən çox artım dinamikası müşahidə olunan ölkələr sırasındadır. 2019-cu ilin ötən 10 ayı ərzində Rusiyadan Azərbaycana xarici ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 20 faiz, Azərbaycandan Rusiyaya xarici ticarət dövriyyəsinin həcmi isə 12 faiz artıb. Bu o deməkdir ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı şəkildə sürətlə inkişaf edir və bu inkişaf hər iki ölkənin maraqlarına cavab verir”.
Parlament üzvü vurğulayıb ki, Rusiyanın Azərbaycanla əməkdaşlığı strateji əhəmiyyət daşıyır:
“Bildiyiniz kimi Rusiyanın gələcək iqtisadi strateji inkişaf istiqaməti Cənub və Şərq ölkələridir. Azərbaycanın malik olduğu coğrafi mövqe, həm də şimal, cənub, şərq, qərb istiqamətində həyata keçirdiyi infrastruktur layihələri Rusiyanın cənub və şərq ölkələri ilə münasibətlər qurmasında mühüm rola malikdir. Odur ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı milli maraqlara əsaslanır. Rusiya Qafqaz ölkəsidir, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Eyni zamanda Qarabağ münaqişəsinin həllində müstəsna rolu olan ölkə olduğundan, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi vacibdir. Rusiyanın Ermənistana kifayət qədər təsir etmək imkanları mövcuddur. Belə olan halda iki ölkə arasındakı münasibətlərin dostluq və strateji xarakter daşıması, o cümlədən inkişafı mühüm əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm