Deputat üzürxahlıq gözləyir:"Onlarla başqa dildə danışmaq..."


 
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bugünlərdə Ağ şəhər bulvarında müsahibə vermək istəyərkən ona icazə verilməyib.
Qurumun işçiləri deputatı tanıdıqlarını, hörmət etdiklərini desələr də çəkilişin qadağan olunduğunu deyiblər. Bu barədə deputat “Facebook” hesabında yazıb.
Partiya sədri işçilərin Bulvar İdarəsinin rəhbərliyinə zəng etdikdən sonra da müsahibənin həmin ərazidə aparılmasına icazə verilmədiyini qeyd edib.
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən millət vəkili bildirib ki, Milli Məclisin deputatına bulvarda niyə müsahibə vermək qadağandır sualına hələ də cavab tapa bilməyib: 
"Mənə bununla bağlı heç bir açıqlama və ya üzürxahlıq zəngi edilməyib. Əksinə dünən bir açıqlama yayıblar ki, biz deputatımız üçün bütün lazımi şəraiti yaratmışıq. Üzürxahlıq və izahat vermək bir tərəfə, hələ ictimaiyyətə yalan xəbər də yayırlar. Bir dövlət qrumuna belə yalan  məlumatlar yaymaq yaraşmır".
    Deptutat onu da vurğulayıb ki, bu məsələni ona görə ictimailləşdirir ki, belə hallar bir daha təkrarlanmasın:
      “Mənim onlardan üzürxahlıq tələb etmək haqqımdır. Mən bu istəyimə mədəni şəkildə çatmaq istəyirəm. Biz bir-birimizə düşmən deyilik ki, başqa şəkildə danışaq. Bir səhv ediblər və səhvlərini düzəltməlidirlər. Səhvlərini boyunlarına alıb üzürxahlıq etməlidilər. Onları məhkəmə ilə təhdid etmək və ya başqa dildə danışmaq mənə yaraşmaz".

Nihad Kərimli