Diplomatların geri çağırılması Türkiyəyə təzyiq metodudur
Yusif Nəzərli
02:43 04.02.2023
Aktual
829
Seçki öncəsi belə hadisələr çoxalacaq, Ərdoğanın seçilməsinə mane olmaq istəyirlər
Türkiyədə terror aktları təhlükəsi bəhanəsi ilə bəzi ölkələr konsulluqlarının işini dayandırmaq qərarına gəliblər. Aralarında ABŞ, İngiltərə, Almaniya və Fransanın olduğu 9 dövlət İstanbuldakı baş konsulluqlarının fəaliyyətini müvəqqəti donduraraq Türkiyədə olan vətəndaşlarına xəbərdarlıq ediblər. Qərardan sonra 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlərə Ankaranın məsələyə münasibəti çatdırılıb və Türkiyədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin beynəlxalq müqavilələr əsasında qorunduğu vurğulanıb.
Bu cür yanaşmaların yalnız terror təşkilatlarının məkrli gündəminə xidmət etdiyi vurğulanıb. Dost və müttəfiq ölkələrdən Türkiyənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı gözləməyin vacibliyi bildirilib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-nin terror aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarını bağlamasını ölkəyə qarşı “psixoloji müharibə” adlandırıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, konsulluqların bağlanılması məqsədlidir. O, Türkiyənin məsələ ilə bağlı xəbərdarlıq etdiyini və bunun cavabsız qalmayacağını qeyd edib.
Türkiyənin yenidən hədəf alınmasını "Şərq"ə dəyərləndirən Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, 2023-cü ildən qardaş ölkə üçün bütün sahələrdə yeni mərhələ başlayır. Xüsusən, siyasi və hərbi cəhətdən qardaş ölkə yüksək inkişaf dövrünü yaşayır:
"Yüz il öncə imzalanmış Lozan konfransının məhdudiyyətləri aradan qaldırılır. Türkiyə həm regionda, həm dünyada ciddi aktora çevrilməkdədir. Əlbəttə, baş verənlər Qərb ölkələrini ciddi narahat edir. Güclü və əli uzun Türkiyə ABŞ və Avropanın maraqları üçün təhdid kimi dəyərləndirilir. Çalışırlar ki, Türkiyənin daha da güclənməsinə, söz sahibi olmasına imkan verməsinlər. Əslində, Türkiyəyə qarşı sərgilənən düşmən mövqe dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla, onun yeritdiyi müstəqil siyasətlə bağlıdır.
Türk dünyasında tarixi şəxsiyyətlərin rolu danılmazdır. Əksər Qərb ölkələri və beynəlxalq siyasi dairələr üçün Ərdoğanın hakimiyyət başında qalması arzuolunan deyil. Türkiyədə daxili gərginlik yaratmaq, iqtidara problemlər yaratmaq məqsədilə ardıcıl addımlar atırlar. İsveç, Hollandiya, Danimarkada "Qurani-Kərim"in yandırılması, təhqir olunması da birbaşa Türkiyənin hədəf seçilməsi idi. "Quran"ı yandırmaq taktikası ilə çirkin məqsədlərinə nail ola bilməyən dairələr konsulluqları əsassız bağlamaqla prosesi körükləyirlər".
A.Nağı hesab edir ki, diplomatik nümayəndələrin geri çağırılması Türkiyəyə növbəti təzyiq metodudur:
"Qardaş ölkədə ab-havanı dəyişməyə, gərginləşdirməyə cəhd edirlər. Seçki öncəsi belə hadisələr çoxalacaq. Nəyin bahasına olursa-olsun, Ərdoğanın seçilməsinə mane olmağa çalışırlar. Türkiyədəki müttəfiqlərini hakimiyyətə gətirməyə cəhd göstərirlər. Ancaq Ərdoğan və məsləkdaşlarının, onlara dəstək verən milliyətçilərin ciddi qüvvə olduğunu unudurlar. Müxalifət və xaricdəki dəstəkçiləri Türkiyə üçün "sürprizlər" hazırlayırlar. Amma Ərdoğanın da öz planları var. Əksər hallarda Qərbin Türkiyə hakimiyyətinə qarşı tətbiq etdiyi təzyiqlər, layihələr Ərdoğana ziyan vurmur, əksinə, onun reytinqini daha da artırır. Konsulluq layihəsi də Qərb ölkələrinin özlərinə zərər verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm