
Dost ölkələrin sayı artır
Yusif Nəzərli
02:37 03.02.2023
Aktual
403
Əlcəzairlə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub
Əlcəzair-Azərbaycan münasibətləri inkişaf etməkdədir. Bir neçə gün öncə 2022-ci il noyabrın 29-da Əlcəzairdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Bununla yanaşı, Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Abdelmacid Tebbuna təqdim edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Əlcəzairin dövlət başçısına çatdırıb.
Əlcəzair Prezidenti iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başladığını vurğulayıb. Səfir iki dost ölkə arasında iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafının böyük potensialı olduğunu söyləyib. Diplomatik nümayəndəliyimizin bu istiqamətdə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Onu da qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzairə işgüzar səfər edib. Əlcəzair Milli Xalq Assambleyasının rəhbəri İbrahim Bouğali bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, Bakıda səfərdə olarkən Azərbaycan xalqının yüksək qonaqpərvərliyini gördüklərini bildirib. Ölkəmizdə yaşayan Əlcəzair icmasının üzvləri ilə görüşdüyünü, onların Azərbaycanda özlərini çox rahat hiss etdiklərini və yaxşı yaşadıqlarını və buna görə ölkəmizə minnətdarlıqlarını ifadə edib. Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Əlcəzairi ənənəvi dostluq telləri və ortaq dəyərlər bir-birinə bağlayır. Milli Məclisin sədri gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olacağını xatırladıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, son illər Azərbaycanla Əlcəzair arasında əlaqələr sürətlə inkişaf edib. Deputat diqqətə çatdırıb ki, iki ölkənin münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub:
"Cənab Prezidentin bir müddət öncə Əlcəzairə səfəri, orada keçirdiyi görüşlər, aparılan müzakirələr bütövlükdə əlaqələrimizin inkişafına böyük töhfə verdi. Dövlət başçısının səfər əsnasında səsləndirdiyi fikirlər Əlcəzair dövləti tərəfindən ən yüksək səviyyədə dəstəklənir. Artıq Əlcəzairdə Azərbaycanın səfiri fəaliyyət göstərir ki, bu da ikitərəfli əlaqələrin güclənməsinə ciddi təkan olacaq. Yekun olaraq Milli Məclis sədri Sahibə Qafarovanın Əlcəzairə səfəri, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Səfər zamanı Əlcəzairin Milli Xalq Assambleyasının rəhbəri ilə görüş oldu, danışıqlar aparıldı. Azərbaycan həqiqətləri rəsmilərin diqqətinə çatdırıldı. Bir daha vurğulandı ki, hər iki dövlət əlaqələrin dərinləşməsində maraqlıdır. Şübhə yox ki, gələcəkdə qarşılıqlı səfərlərin miqyası genişlənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı