Dünyanın ən böyük sərnişin təyyarəsi parça-parça olacaq
Yusif Nəzərli
01:30 08.06.2022
Aktual
725
Mühəndis ilginc detallara aydınlıq gətirib
Təyyarə istehsalçısı “Airbus” istehsalını artıq dayandırdığı A-380 sərnişin təyyarələrindən birini parça-parça etmək qərarı verib. Qərarın arxasında nə dayanır, səbəb nədir, bu, çoxlarını, xüsusilə də aviaşirkətləri maraqlandırır. Təyyarə mühəndisi və hava yolları mütəxəssisi Muhammed Yılmaz bununla bağlı ilginc detallara aydınlıq gətirib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, “Airbus” tərəfindən istehsal edilmiş A-380 tipli təyyarələr nəhəng ölçülərə malik olmaları ilə fərqlənir.
Bu tip təyyarələr həmişə diqqət çəkir. Yaxın zamanlaradək nəhəng təyyarə deyildiyində ağla ilk gələn AN-225 (yük təyayrəsi) və A-380 (sərnişin təyyarəsi) olurdu. Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi səbəbiylə AN-225 səmayla vidalaşmalı oldu. Və müharibənin ən böyük qurbanlarından birinə çevrildi. AN-225-in yolu bağlandı, çoxsaylı ölkələr bu təyyarəni səmalarında görmək istəmədi. A-380 təyyarəsi isə fərqli hava yolları şirkətlərinin xətti ilə uçmağa davam edir. Lakin onun da ömrünə az qalıb. İstehsalçı şirkət A-380-ni yaxın zamanda hissələrə ayıraraq satışını təşkil etmək niyyətindədir. Təyyarənin təxminən 500 hissəyə bölünəcəyi bildirilir. Satış isə həm internet üzərindən, həm də açıq auksiyon vasitəsilə həyata keçiriləcək. Açıq auksiyonun oktyabr ayında keçiriləcəyi qeyd edilir. Auksiyon Tuluza şəhərində keçiriləcək. Əldə olunacaq gəlir Airbus Vəqfi və ona bağlı qurumlara veriləcək, satılmayan hissələr olarsa əgər, onlar da geri qaytarılacaq. M.Yılmaz aviaşirkətlərin bu satışa böyük ilgi göstərdiyini deyib.
Qeyd edib ki, A-380 təyyarəsi kimi tarixi əsərlərə hər zaman müştəri tapılır. Şirkətlər, ayrı-ayrı şəxslər bu tip əşyaları əldə edərək nümayiş etdirməyi sevir və onlara sahib olmaqları ilə qürurlanırlar. M.Yılmaz A-380 sərnişin təyyarəsinə niyə vida edilməsinin səbəbini də açıqlayıb.
Mütəxəsssis bildirib ki, bu təyyarələr çox böyük ölçülərə sahib olduqlarından hava yolları şirkətləri üçün bahalı və mənfəətsiz hesab edilir.
A-380 istehsal edilərkən xəyallar genişdir. Bu təyyarənin hava yolları “oyun” şərtlərini dəyişdirəcəyi ehtimalı, ehtimal olaraq da qaldı. İstehsalçı ilk günlərdən alıcı tapmaqda çətinlik çəkdi. Bəziləri hesab edirdi ki, airbusun gəlişi 20 il gecikib. Bir qisim isə hava yollarında yaşanan basırıq səbəbiylə bu cür nəhəng ölçülü təyyarələrə ehtiyac qalmadığını düşünür.
Ancaq nə olursa, olsun, A-380 mühəndislik möcüzəsiydi. Təyyarələrdən birinin hissə-hissə edilib satışa çıxarılacağına rəğmən A-380-nin 2030-cu ilədək səmalarda olacağı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi