Əfqanıstana görə 7 ölkə Tehrana toplaşdı

Əfqanıstan böhranı ilə bağlı çoxtərəfli konsultasiyalar mexanizmi çərçivəsində Tehranda ikinci iclas keçirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin deyib.

Görüşdə İran, Rusiya, Əfqanıstan, Hindistan və Çin nümayəndələri iştirak edib. O, fəxri qonaq qismində iclasa Tacikistan və Özbəkistanın da dəvət edildiyini bildirib.

Anoşin Rusiyanı görüşdə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin təmsil etdiyini söyləyib.