
Ekoloq: Bu cür əlamətdar tədbirin Azərbaycanda keçirilməsi təqdirəlayiq bir addımdır
12:51 22.02.2024
Aktual
571
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.
COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur.
BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib.
Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.
COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.
Alimlər qlobal istiləşmənin təhlükəsi barədə həyəcan təbili çalırlar. Əgər varlı ölkələr qlobal istiləşmə ilə mübarizədə yoxsullara vəsait ayırmasalar, ən azı 4,5 milyon uşaq ölə bilər. Böyük Britaniyanın "Oxfam" Xeyriyyə Cəmiyyətinin bəyanatında belə xəbərdarlıq edilib. Məruzədə deyilir ki, təşkilat sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqlim dəyişiklikləri ilə mübarizədə yoxsul ölkələrə iqtisadi inkişaf və yardım məqsədilə fondlardan ayrılmış vəsaitdən istifadə edəcəklərindən narahatdır.
Təbii ki, Azərbaycanda keçiriləcək COP29 tədbirində qlobal istiləşmə müzakirə ediləcək mövzular arasında olacaq. Bəs, qlobal istiləşmənin səbəbləri və fəsadları nədən ibarətdir?
Məsələ ilə bağlı AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev “Sherg.az”aaçıqlamasında bildirib ki,bu cür əlamətdar tədbirin Azərbaycanda keçirilməsi təqdirəlayiq bir addımdır:

"Bununla ölkəmizi tanıtmaq və əsas problemləri aradan qaqldırmaq mümün olacaq. Qlobal istiləşmə ilə bağlı Putin Fransada 3-4 il öncə Rusiya Elmlər Akademiyasının bütün işçilərini yığaraq böyük tədbir təşkil etdi. Onlar isə burada iştirak etməkdən imtina etdilər. Bu əslində böyük inkişaf etmiş ölkələri xüsusi ilə də Çin və Rusiyanı sıxmaq üçün quraşdırılmış bir oyundur. Orada akademiklərin biri çox gözəl fikir səsləndirdi ki, Şimal buzlu okeanında dörd milyon ton buz qatı əmələ gəlib. Bu səbəbdən hansı istiləşmədən söhbət gedə bilər? Bir sözlə, planetin balansı pozulmayıb. Nə karbon qazı, nə yağıntı, nə də ki buxarlanmada hansısa dəyişiklik var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol