Elçin Şıxlı "İlin ziyalısı" adına laiq görüldü

Ziyalılar Klubu 2019-cu ilin "İlin ziyalısı" naminasiyası elan edib.

Ölkənin bir sıra tanınmış ictimai xadim və ziyalılarının münsifliyi habelə ictimai rəy əsasında tanınmış jurnalist, ictimai xadim Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "İlin ziyalısı" adına layiq görülüb.

Bu gün Ziyalılar Klubunun İdarə Heyətindən tədqiqatçı-yazar Sərxan Carçı, şair Rəşad Mahmud, ilahiyyatçı Tural İrfan, tanınmış ziyalılar - şair İbrahim İlyaslı və şair Avdı Qoşqar "İlin ziyalısı" fəxri diplomunu Elçin Şıxlıya təqdim ediblər.

Görüşdə Elçin Şıxlının ölkə mətbuatında, jurnalistikada göstərdiyi uzunmüddətli fəaliyyət təqdir edilib, ona uğurlar arzulanıb.